Kişinyov hava limanında bağlamada partlayıcı qurğu tapılıb

2025/01/1736312090.jpg
Oxunub: 1418     09:06     08 Yanvar 2025    
Moldova gömrükçüləri Kişinyov hava limanında bağlamadan tapılan partlayıcı qurğunu zərərsizləşdirib.

Ordu.az-ın məlumatına görə, bu barədə ölkənin sərhəd polisinin "Telegram" kanalında bildirilib.

"Sərhəd polisi və gömrük əməkdaşları <...> Kişinyov Beynəlxalq Hava Limanında poçt göndərişlərini emal edərkən partlayıcı qurğu kimi qəbul edilən avtomobil formasında oyuncağa bənzər əşya aşkar ediblər", - deyə qeyd olunub.

Hadisə yerinə texniki və məhkəmə ekspertizası mərkəzinin mütəxəssisləri cəlb olunaraq şübhəli əşyanı zərərsizləşdiriblər.

Hava limanının fəaliyyəti normal qaydada davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kişinyov   Hava-limanı  


Bizi "telegram"da izləyin