Türkiyədə Kiber Təhlükəsizlik İdarəsi qurulub

2025/01/1736311855.jpg
Oxunub: 418     06:33     08 Yanvar 2025    
Türkiyə prezidentinin fərmanı ilə ölkədə Kiber Təhlükəsizlik İdarəsi yaradılıb.

Ordu.az xəbər verir ki, bu haqda ölkə başçısının “Rəsmi Qəzetdə” dərc olunan fərmanında deyilir.

Baş qərargahı Ankarada olacaq idarə ölkədə kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə görüləcək bütün işlərdən cavabdeh olacaq.

İdarənin Kiber Müdafiə Baş İdarəsi, Kiber Müqavimət Baş İdarəsi, Ekosistemin İnkişafı Baş İdarəsi, Xarici Əlaqələr Departamenti, İdarəetmə Xidmətləri Departamenti, Hüquq Müşavirliyi, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi kimi şöbələr olacaq.

İdarənin hələləik 135 nəfər əməkdaşı olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Kiber-Təhlükəsizlik-İdarə  


Bizi "telegram"da izləyin