“The Jerusalem Post”: İsrail Türkiyə ilə müharibəyə hazır olmalıdır

2025/01/1736311796.jpg
Oxunub: 651     05:04     08 Yanvar 2025    
İsrail Türkiyə ilə potensial hərbi əməliyyata hazırlaşmalıdır.

Ordu.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti Nagel Komitəsinin hesabatına istinadən məlumat yayıb.

Orada qeyd olunur ki, Türkiyənin Osmanlı İmperiyasının təsirini bərpa etmək istəyi İsraillə qarşıdurmaya gətirib çıxaracaq ki, bu da sonradan hərbi münaqişəyə çevrilə bilər.

Türkiyənin dəstəklədiyi Suriya qüvvələrinin bölgədə sabitliyi poza biləcəyinə diqqət çəkən hesabatda Suriyadan gələn təhlükənin İran təhdidindən daha təhlükəli bir şeyə çevrilə biləcəyi bildirilir.

Qeyd edək ki, Nagel Komitəsi 2024-cü ildə İsrail hökuməti tərəfindən müdafiə büdcəsini təhlil etmək və təhlükəsizlik strategiyaları hazırlamaq üçün yaradılmış komissiyadır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Türkiyə  


Bizi "telegram"da izləyin