Ərdoğan: "Terrorsuz Türkiyə hədəfimizə çatacağıq"

2024/12/1734975330.jpg
Oxunub: 412     21:38     07 Yanvar 2025    
Terrorsuz Türkiyə hədəfimizə çatacağıq.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İqamətgahında çıxışında deyib.

O bildirib ki, Suriyadakı hakimiyyət dəyişikliyi nəticəsində həm Türkiyənin, həm də regionun gələcəyi üçün yeni fürsətlər yaranıb: "Suriya ilə bağlı öhdəmizə düşəni edəcəyik. Suriyalı qardaşlarımızın əlindən tutmağa davam edəcəyik".

Ərdoğanın sözlərinə görə, Suriyada baş verən hadisələr Türkiyəni yaxından maraqlandırır: "Suriyanın yenidən bərpası üçün vaxta ehtiyac var. Bu məlumdur. Beynəlxalq ictimaiyyət həmin prosesə töhfə verməlidir. Türkiyə olaraq biz də bütün planlarımızı bu reallıqlara uyğun qururuq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Türkiyə  


Bizi "telegram"da izləyin