Çad Prezidenti Makronun Afrikaya qarşı hücumlarından hiddətlənib

2025/01/1736264427.jpg
Oxunub: 508     19:27     07 Yanvar 2025    
Çad Respublikasının Prezidenti Mahamat İdriss Debi İtno Emmanuel Makronun vaxtilə Fransanın müstəmləkəsi olmuş Afrika ölkələrinə qarşı hücumlarından hiddətlənib.

Ordu.az xəbər verir ki, bu barədə Çadın “Alwihda” portalı məlumat yayıb.

"Prezident Emmanuel Makronun Afrikaya və afrikalılara nifrət dolu son açıqlamalarına görə qəzəbimi ifadə etmək istərdim. Açığı, düşünürəm ki, o, dövrü səhv salıb", - portal prezidentin sözlərini sitat gətirib.

Mahamat İdriss Debi İtno Çad və digər fransızdilli Afrika ölkələrinin Parislə hərbi əməkdaşlığı dayandırması ilə bağlı Makronun açıqlamasına münasibət bildirib. Fransa Prezidentinin sözlərinə görə, afrikalılar bu qərarı Parislə razılaşdırıblar, lakin bunu açıq şəkildə bəyan etməyiblər və terrorla mübarizədə göstərilən köməyə görə "təşəkkür etməyi unudublar".

"Fransa ilə hərbi əməkdaşlığın dayandırılması Çadın suveren qərarıdır. Burada heç bir ikimənalılığa yer yoxdur", - Mahamat İdriss Debi İtno vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çad   Makron   Afrika  


Bizi "telegram"da izləyin