Çində zəlzələ nəticəsində ölənlərin sayı 126-a çatıb

2025/01/1736227356.jpg
Oxunub: 438     18:34     07 Yanvar 2025    
Çinin cənub-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 126-ya çatıb.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin "Sinxua" agentliyi məlumat yayıb.

Təbii fəlakət nəticəsində 188 nəfər xəsarət alıb.

Qeyd edək ki, bundan əvvəl 95 nəfərin öldüyü bildirilirdi. Zəlzələ nəticəsində 3 609 ev dağılıb.

Xatırladaq ki, yanvarın 7-də səhər saatlarında Nepalla sərhədə yaxın olan Tibet Muxtar Vilayətinin Tinqri dairəsində 6,8 bal gücündə zəlzələ baş verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Zəlzələ  


Bizi "telegram"da izləyin