Aİ Şimali Koreyanın ballistik raket atmasını pisləyib

2025/01/1735967608.jpg
Oxunub: 431     18:31     07 Yanvar 2025    
Avropa İttifaqının Xarici İşlər üzrə nümayəndəsi Anita Hipper Koreya Xalq Demokratik Respublikasının (KXDR) Şərq dənizinə orta mənzilli ballistik raket atmasını pisləyib.

Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının saytında bildirilib.

Bildirilib ki, bu, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozur və Koreya yarımadasında gərginliyi daha da artırır.

Məlumatda qeyd edilib ki, Aİ KXDR-ni belə qeyri-qanuni və təxribata yol açan hərəkətlərdən çəkinməyə və əsas tərəflərin dialoq təkliflərini qəbul etməyə çağırır. "Bu, Koreya yarımadasında davamlı sülh və təhlükəsizlik üçün yeganə yoldur".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Şimali-Koreya  


Bizi "telegram"da izləyin