İranda bir ildə 997 nəfər edam olunub

2023/07/1688802625.jpg
Oxunub: 488     17:02     07 Yanvar 2025    
İranda 2024-cü il ərzində 997 nəfər barəsində çıxarılan edam hökmü icra olunub.

Ordu.az “Bild”ə istinadən xəbər verir ki, bu rəqəm İran müxalifətinin məlumatları əsasında hazırlanıb.

Hüquq müdafiəçiləri bildiriblər ki, bütün edam hökmləri qeydiyyata alınmadığından onların sayı göstərilən rəqəmdən də artıqdır.

Məlumata görə, 2024-cü ildə edamların sayı 2023-cü ildə icra olunanlardan 16 faiz çoxdur. Bildirilib ki, edam olunan 997 nəfərdən 34-ü qadın, 9-u yeniyetmədir. Dörd kişinin edamı ictimai şəkildə, qalanı isə həbsxanada icra olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Edam  


Bizi "telegram"da izləyin