Qırğızıstan, Tacikistan və Özbəkistan baş nazirləri sərhəd məsələləri üzrə görüş keçirəcəklər

2025/01/1736249109.jpg
Oxunub: 418     15:05     07 Yanvar 2025    
Qırğızıstanın Baş naziri Adılbek Kasımaliyev yanvarın 8-də Özbəkistan və Tacikistan baş nazirləri - Abdullah Aripov və Kohir Rasulzoda ilə görüşəcək.

Ordu.az Qırğızıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Üçtərəfli görüş Qırğızıstan, Özbəkistan və Tacikistanın dövlət sərhədlərinin qovşağında keçiriləcək.

Görüş zamanı prezidentlər arasında dövlət sərhədləri məsələləri üzrə əvvəllər əldə edilmiş razılaşmalar barədə danışıqlar aparılacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qırğızıstan   Tacikistan   Özbəkistan  


Bizi "telegram"da izləyin