"2025-ci il Belarus üçün ağır il olacaq" - Lukaşenko

2021/11/16182-1636371823.jpg
Oxunub: 532     13:57     07 Yanvar 2025    
Belarus prezidenti Aleksandr Lukaşenko 2025-ci ilin ölkəsi üçün asan il olmayacağını, bununla belə belarusların bütün çətinlikləri adlayacağına inandığını bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə “BelTA” xəbər agentliyi məlumat yayıb.

Lukaşenko bunu dünya ictimaiyyətinin Belarus və Rusiyanı hər tərəfdən “sıxma-boğmaya salmağa başlaması” ilə əlaqələndirib.

Belarus lideri bununla belə, ölkə vətəndaşlarının cari ildə bütün çətinliklərin öhdəsindən gələcəyini hesab edir: "Dövlətin seçdiyi taktika və strategiya təkcə ayaqda durmağa deyil, həm də ləyaqətlə yaşamağa imkan verəcək".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin