ABŞ Misir üçün nəzərdə tutulmuş 95 milyon dollarlıq hərbi yardımı Livana göndərəcək

2025/01/1736235697.jpg
Oxunub: 524     11:27     07 Yanvar 2025    
ABŞ Misir ordusu üçün nəzərdə tutulmuş 95 milyon dolları Livana göndərib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Vəsait Livan hərbçilərinin ixtisasının artırılmasına, sərhədlərin möhkəmləndirilməsinə, terrorla mübarizəyə, həmçinin Suriyada hakimiyyət dəyişikliyinin təsir etdiyi təhlükəsizlik ehtiyaclarının ödənilməsinə yönəldiləcək.

Vəsaitin yenidən bölüşdürülməsi amerikalı qanunvericilərin Misirdə insan hüquqları ilə bağlı vəziyyətdən narahatlıqlarını ifadə etməsindən sonra baş verib.

ABŞ qanunvericiliyinə əsasən, Konqresin hərbi yardımın yenidən bölüşdürülməsinə etiraz etmək üçün 15 gün vaxtı var, lakin qanunvericilərin vəsaitin Livana köçürülməsini dəstəkləyəcəyi gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Misir  


Bizi "telegram"da izləyin