Tibetdə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 95-ə çatıb - YENİLƏNİB

2025/01/1736227356.jpg
Oxunub: 945     12:20     07 Yanvar 2025    
Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, 130 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

***

Çinin Tibet bölgəsində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Çinin dövlət mediası məlumat yayıb.

***

Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Bölgəsində zəlzələ nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

***

Tibetdə zəlzələ nəticəsində azı 9 nəfər ölüb.

Ordu.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, 7,1 bal gücündə zəlzələnin episentri Şiqatse şəhəri yaxınlığında yerləşib.

***

Çinin cənub-qərbində, Nepalla sərhədə yaxın Tibet Muxtar Bölgəsində 7 bal gücündə zəlzələ qeydə alınıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 80 min nəfərə yaxın əhalisi olan Şiqatse şəhərindən 163 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşir.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin