Britaniya ordusunun gizli laboratoriyası kvant saatı hazırladığını açıqlayıb

2025/01/1736153841.jpg
Oxunub: 506     14:39     10 Yanvar 2025    
Britaniya ordusu kvant texnologiyasından istifadə edərək, yüksək dəqiqlikli atom saatı hazırladığını açıqlayıb.

Ordu.az xəbər verir ki, çox məxfi Müdafiə Elm və Texnologiya Laboratoriyasında (Dstl) hazırlanan kvant saatı qəsdən pozula və ya bloklana bilən GPS texnologiyasından asılılığı azaltmaqla, kəşfiyyat və müşahidə fəaliyyətlərini təkmilləşdirməyi hədəfləyir.

Bildirilir ki, saat milyardlarla il ərzində bir saniyədən az vaxt itirərək, vaxtı qeyri-adi dərəcədə dəqiq ölçə bilir. Bu, daha təhlükəsiz rabitə şəbəkələrinin və daha dəqiq hədəf ala bilən silahların inkişaf etdirilməsi ilə nəticələnə bilər.

Digər ölkələrdə də belə atom saatlarının yaradılması səyləri davam edir.

Koloradodakı Boulder Universitetinin Milli Standartlar və Texnologiya İnstitutunda son 15 ildə inkişaf etdirilən atom saatı da var. Bu saat atomları tutmaq və vaxtın ölçülməsini təkmilləşdirmək üçün lazerlərdən istifadə edir.

Ancaq ən son inkişaf etdirilən saat Britaniyada hazırlanan növünün ilk nümunəsi olacaq.

Britaniya hökuməti beş il ərzində bu cihazın hərbi əməliyyatlarda tətbiq edilə biləcəyinə zəmanət verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Kvant-saatı  


Bizi "telegram"da izləyin