TEKNOFEST 2025 texnologiya yarışmaları üçün müraciətlər başlayıb

2025/01/2025--1736153729.jpg
Oxunub: 658     13:12     10 Yanvar 2025    
2025-ci ildə Türkiyə Texnologiya Komandası Vəqfi (T3 Vakfı) və ölkənin Sənaye və Texnologiya Nazirliyinin rəhbərliyi ilə təşkil olunacaq TEKNOFEST bu dəfə milyonlarla texnologiya həvəskarını İstanbulda bir araya gətirməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, hər il yenilənən yarışma kateqoriyaları ilə diqqət çəkən və Türkiyənin ən böyük mükafatlı texnologiya yarışmalarına ev sahibliyi edən TEKNOFEST 2025-ci ildə 51 əsas kateqoriya və 117 alt kateqoriyada keçiriləcək.

TEKNOFEST 2025 Texnologiya Yarışmalarına müraciətlər fevralın 20-dək davam edəcək.

TEKNOFEST 2025-də gənclərin həyəcanla gözlədiyi Raket Yarışması, Model Peyk Yarışması, Pilotsuz Uçuş Aparatları Yarışması, Hava Hücumundan Müdafiə Sistemləri Yarışması, Aviasiyada Süni Zəka Yarışması, Maneəsiz Yaşayış Texnologiyaları Yarışması və Blokçeyn Yarışması kimi 51 fərqli kateqoriyada texnologiya yarışları keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TEKNOFEST   Türkiyə  


Bizi "telegram"da izləyin