Rusiya “Su-57” döyüş təyyarələrinin yeni düz ucluqlarını sınaqdan keçirməyə başlayıb

2025/01/2025--1736153227.jpg
Oxunub: 635     19:46     08 Yanvar 2025    
Rusiya “Su-57” döyüş təyyarələrinin yeni düz ucluqlarını (flat nozzle) sınaqdan keçirməyə başlayıb.

Ordu.az xəbər verir ki, Rusiya yeni düz ucluq sistemi ilə təchiz edilmiş “Su-57” döyüş təyyarəsinin prototipinin sınaqlarına başlayıb.

Bu inkişafı Rusiya telekanalları açıqlayıb. Sınaqlar “Su-57”nin ikinci prototipi olan “052” nömrəli təyyarədə aparılır.

Məlumata görə, yeni tip düz ucluqdan istifadə edilərək həyata keçirilən bu uçuş sınaqlarının məqsədi hələ aydın deyil.

Əvvəlcə bu tip düz ucluqların Rusiyanın S-70 “Okhotnik” pilotsuz uçan aparatlarına inteqrasiyası planlaşdırılırdı. Ancaq sınaqdan keçirilən S-70 nümunələrində standart ucluqlardan istifadə edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Su-57  


Bizi "telegram"da izləyin