ASELSAN ilə DEARSAN-DESAN-ÖZATA İş Ortaqlığı arasında dəniz platformaları ilə bağlı razılıq əldə edilib

2025/01/2025--1736153154.jpg
Oxunub: 431     13:44     10 Yanvar 2025    
ASELSAN ilə DEARSAN-DESAN-ÖZATA İş Ortaqlığı arasında dəniz platformalarında istifadə üçün yeni müqavilə imzalanıb.

Ordu.az xəbər verir ki, Türkiyənin ən əhəmiyyətli müdafiə sənayesi şirkətlərindən biri olan ASELSAN 2025-ci ilin ilk müqaviləsini imzalayıb.

Bu çərçivədə ASELSAN ilə DEARSAN-DESAN-ÖZATA İş Ortaqlığı arasında dəniz platformaları üçün Radioelektron Mübarizə, Radar, Rabitə, Naviqasiya, Silah, Elektro-Optik və Sualtı Sistemlərin tədarükü ilə bağlı müqavilə imzalanıb.

Müqavilə çərçivəsində tədarüklərin 2025-2029-cu illər arasında həyata keçirilməsi planlaşdırılır.

Şirkət rəsmi “X” hesabında etdiyi paylaşımda qeyd edib: “Dəniz platformaları üçün Radioelektron Mübarizə, Radar, Rabitə, Naviqasiya, Silah, Elektro-Optik və Sualtı Sistemlərin tədarükü çərçivəsində ASELSAN ilə DEARSAN-DESAN-ÖZATA İş Ortaqlığı arasında 210,1 milyon avro dəyərində müqavilə imzalanıb. Müqavilə çərçivəsində tədarüklər 2025-2029-cu illər arasında həyata keçiriləcək”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Türkiyə  


Bizi "telegram"da izləyin