Banqladeş “Tulpar”ın yüngül tank variantından 26 ədəd almağı planlaşdırır

2025/01/GGULf-1736153045.jpg
Oxunub: 667     17:42     10 Yanvar 2025    
Banqladeş “Otokar” istehsalı olan “Tulpar”ın yüngül tank variantından 26 ədəd almağı planlaşdırır.

Ordu.az xəbər verir ki, Banqladeş Türkiyə ilə müdafiə alışları ilə bağlı yeni danışıqlar aparır.

Bu çərçivədə Banqladeşin zirehli imkanlarını gücləndirmək məqsədilə 26 ədəd “Tulpar” tədarükü üçün “Otokar” ilə danışıqlar apardığı bildirilib.

“Times Now World”ün xəbərinə görə, Banqladeşin “Otokar” ilə davam edən danışıqları nəticəsində tədarüklərin 2025-ci ildə həyata keçirilməsi gözlənilir.

Digər tərəfdən, mənbələrə görə, Türkiyə rəsmiləri Banqladeşə tender və texniki təkliflər məsələsində kömək edirlər.

Türkiyənin Cənubi Asiya başda olmaqla, qlobal müdafiə ixracatında mühüm oyunçuya çevrildiyini bildirən “Times Now World” Türkiyənin Banqladeşlə yanaşı, Pakistanla da müdafiə əlaqələrini gücləndirdiyini vurğulayır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Banqladeş   Tulpar  


Bizi "telegram"da izləyin