Ukraynada “Mark 1” adlı mini HHM raketini sınaqdan keçirməyi planlaşdırırlar

2025/01/1736152786.jpg
Oxunub: 425     12:38     13 Yanvar 2025    
Estoniyada yerləşən “Frankenburg Technologies” texnologiya startapı bu ay Ukraynada aşağı hündürlükdə uçan Pilotsuz Uçuş Aparatlarını (PUA) hədəf almaq üçün nəzərdə tutulmuş “Mark 1” adlı mini hava hücumundan müdafiə raketini sınaqdan keçirməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, Rusiyanın Ukraynadakı PUA hücumlarının davam etdiyi bir vaxtda bu yeni texnologiya münaqişə zonasında diqqətəlayiq həll yolu kimi seçilə bilər.

Şirkət dekabr ayında bildirib ki, “Mark 1” raketi 2025-ci ilin əvvəlində Ukraynada açıqlanmayan yerdə sınaqdan keçiriləcək.

Qeyd edilir ki, süni zəka əsaslı hədəfləmə sistemi ilə təchiz edilən raket mövcud antidron sistemlərindən daha sərfəli olacaq.

“Frankenburg Technologies”in hədəfi hazırkı sənaye standartlarından “10 dəfə daha sərfəli və 100 dəfə daha sürətli istehsal oluna bilən” raket sistemlərini inkişaf etdirməkdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   HHM  


Bizi "telegram"da izləyin