Banqladeş “Otokar Arma” almağa hazırlaşır

2025/01/1736152596.jpg
Oxunub: 606     15:35     10 Yanvar 2025    
Banqladeş Hindistanla sərhədində yaranan gərginlikdən sonra Türkiyədən xüsusi təyinatlı taktiki təkərli zirehli vasitə almağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə Banqladeşdə yayımlanan xəbər saytı “Kolkata24x7” məlumat yayıb.

KİV qeyd edib ki, Banqladeş administrasiyası “Otokar”ın “Arma” modeli ilə yaxından maraqlanır, Türkiyə hökuməti də tender və texniki təklifdə köməklik göstərib.

Xəbərdə müxtəlif məqsədlər üçün konfiqurasiya edilə bilən “Arma” təkərli zirehli vasitəsinin xüsusilə 105 mm-lik Atəş Dəstək Vasitəsi modelinə diqqət yetirildiyi və bu alışla ordunun zirehli nüvəsinin gücləndiriləcəyi bildirilir.

Sözügedən vasitələrin 2025-ci ildə təhvil verilməsi gözlənilir.

Banqladeş Türkiyə ordusunun əsas döyüş tankı olacaq “Altay”la da maraqlanır, tankın 65 ton ağırlığının ölkə şərtləri üçün çox ağır olduğu qeyd edilib. “Otokar”ın 19 tonluq “Arma” modelinin təkərlərə sahib olduğu və Banqladeşin nəm, bataqlıq torpaqlarında daha effektiv istifadə oluna biləcəyi bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Banqladeş   Otokar-Arma  


Bizi "telegram"da izləyin