Hindistan 2 döyüş gəmisi və 1 sualtı qayığı istifadəyə verməyə hazırlaşır

2025/01/1736149749.jpg
Oxunub: 529     11:58     09 Yanvar 2025    
Hindistan Hərbi Dəniz Qüvvələri (HDQ) yanvarın 15-də “Nilgiri” stels tipli freqatı, “Surat” stels tipli esminesi və “Vaghsheer” sualtı qayığından ibarət 3 ön cəbhə dəniz aktivini istismara verəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, sınaqları və qiymətləndirmələri tamamlanan döyüş gəmiləri və sualtı qayıq Mumbaydakı Donanma Gəmiqayırma Zavodunda keçiriləcək istismara vermə mərasimindən sonra xidmətə hazır olacaq.

2019-cu ilin sentyabrında suya buraxılan “Nilgiri” Hindistan HDQ-nin “Project 17A” layihəsində yer alan 7 stels tipli freqatın aparıcı gəmisi kimi seçilir və eyni adı daşıyan freqat sinfi “Project 17 Shivalik” sinifinin təkmilləşdirilməsi əsasında inşa edilib.

Bu arada “Surat” “Project 15A” (“Kolkata” sinfi) esmineslərinin təkmilləşdirilmiş versiyası olan “Project 15B”nin (“Visakhapatnam” sinfi) dördüncü və sonuncu gəmisidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   HDQ  


Bizi "telegram"da izləyin