Ordu.az xəbər verir ki, bunu erməni politoloq Qriqor Balasanyan deyib.
Balasanyan qeyd edib ki, o, Ermənistanın Paşinyanı KTMT-dən çıxaracağını düşünmək fikrindən uzaqdır.
“Niyə? Çünki bundan sonra AİB-dən çıxmaq məsələsi dərhal gündəmə gələcək. Ermənistan AİB üzvü olduğu üçün əldə etdiyi maliyyə axınını dərhal itirəcək. Nəhəng oliqarx dairəsi AİB-in idxal və ixrac imkanları hesabına, qızılın idxalı və ixracı hesabına böyük maliyyə axınları əldə edir”, - deyə o bildirib.
Balasanyan vurğulayıb ki, Paşinyanın oliqarxları Rusiyadan sui-istifadə edirlər, KTMT-dən ayrılmamağın səbəbi də budur.
Alpər Mövludoğlu
Ordu.az