Polşa Hərbi Dəniz Qüvvələri “Ratownik” gəmiləri üçün razılıq əldə edib

2025/01/1735989104.jpg
Oxunub: 464     14:51     08 Yanvar 2025    
Polşa Dövlət Silahlanma Qrupu (PGZ) Polşa Hərbi Dəniz Qüvvələrinin gələcək sualtı əməliyyatlarını dəstəkləmək üçün bir sıra “Ratownik” xilasetmə gəmilərinin hazırlanması ilə bağlı müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, müqavilə Varşavanın ordunun dəniz parkını onilliyin sonuna qədər genişləndirmək hədəfinin bir hissəsidir.

Sifariş edilən gəmilərin yeni “Miecznik” freqatları və “Kormoran II” (Kormorant) mina ovlama gəmiləri ilə birlikdə fəaliyyət göstərəcəyi açıqlanıb.

Təxminən 240 milyon dollar dəyərində olan “Ratownik” layihəsinin inşası 2025-ci ildən 2029-cu ilə qədər davam edəcək.

Varşavanın “Ratownik” gəmisinin ümumi uzunluğu 96 metr, eni isə 19 metr olacaq. Gəmi əlavə heyət də daxil olmaqla, 100-dən çox şəxsi heyəti daşımaq üçün nəzərdə tutulacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Ratownik  


Bizi "telegram"da izləyin