Daha bir ölkə İŞİD-ə qarşı Yaxın Şərqdəki mövcudluğuna son qoyur

2025/01/1735989042.jpg
Oxunub: 536     10:10     08 Yanvar 2025    
Avstraliyanın İraq və Suriyada beynəlxalq koalisiya tərkibində xidmət edən hərbi qulluqçuları ölkələrinə qayıdıb və bu ölkənin bölgədə İŞİD-ə qarşı missiyasını rəsmən başa çatdırıblar.

Ordu.az xəbər verir ki, Avstraliya Yaxın Şərq mövqeyini dəstəkləmək üçün 4800-dən çox hərbi qulluqçu göndərib.

“Okra” əməliyyatına hava qrupu, inteqrasiya olunmuş Avstraliya-Yeni Zelandiya tapşırıq qrupu, xüsusi əməliyyat bölməsi, koalisiya və əlaqə məsələləri daxil olub.

Avstraliya Müdafiə Nazirliyi açıqlamasında hərbi qulluqçuların “Okra” əməliyyatının sona çatması ilə ölkələrinə qayıtdığını, lakin ölkənin Yaxın Şərqdəki tərəfdaşlarına dəstəyinin davam edəcəyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin