Ordu.az xəbər verir ki, Akyol ASELSAN-ın komanda-idarəetmə sistemləri üçün 20 milyon sətirdən çox kod yazdığını bildirib.
“Əsgər səviyyəsindən ən böyük bölmə səviyyəsinə qədər inkişaf etdirilən komanda-idarəetmə sistemləri üçün 20 milyon sətirdən çox kod yazılıb”, - deyə o qeyd edib.
Bildirilib ki, ASELSAN-ın sahəyə inteqrasiya etdiyi bu sistemlərdən asılı olaraq 5 mindən çox silah və sensor sistemi aktiv şəkildə işləyir. Bu texnologiyalar milli resurslarla işlənib hazırlanmış və süni zəkaya əsaslanan alqoritmlərlə təchiz edilmiş sistemlər kimi seçilir.
Akyol Türkiyənin Hava Hücumundan Müdafiə (HHM) arxitekturasında böyük əhəmiyyət kəsb edən “Çelik Kubbe” sisteminə də toxunub:
“Çelik Kubbe” təbəqəli HHM arxitekturamız ən qabaqcıl texnologiya ilə hazırlanmış komanda-idarəetmə sistemlərimizlə xidmət göstərəcək”.
Sevinc Əliyeva
Ordu.az