Türkiyə üçün texnoloji dönüş nöqtəsi: Ankarada ən müasir yerli çip istehsal olunacaq (VİDEO)

2025/01/1735975366.jpg
Oxunub: 650     13:49     09 Yanvar 2025    
“Fly BVLOS Teknoloji” şirkəti Türkiyə üçün texnoloji dönüş nöqtəsi hesab ediləcək bir uğur əldə edərək, Ankarada ən müasir yerli 30 təbəqəli çip istehsalına başlayacağını açıqlayıb.

Ordu.az xəbər verir ki, Tayvandan yüksək texnologiya transferi həyata keçirən və Ankara/Gölbaşıdakı müəssisələrində istehsal xətti qurmağa davam edən “Fly BVLOS Teknoloji” önümüzdəki aylarda kütləvi istehsalın başlayacağını açıqlayıb.

Milyon dollarlıq xarici sərmayə ilə başlayan layihədə Ankaraya gələn türkiyəli mühəndislər və tayvanlı mühəndislər birlikdə işləyirlər.

Layihə çərçivəsində çoxtəbəqəli yerli çipə malik “network” cihazları, serverlər, noutbuklar üçün çoxtəbəqəli PCB və ana platalar istehsal olunacaq.

“Fly BVLOS Teknoloji” tərəfindən istehsal edilən yerli çiplər şirkətin istehsal edəcəyi missiya kompüterində istifadə olunacaq.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Fly-BVLOS  


Bizi "telegram"da izləyin