Rusiyanın Yaponiya və Cənubi Koreyaya hücum planları sızdırılıb

2025/01/1735969318.jpg
Oxunub: 599     12:41     07 Yanvar 2025    
“Financial Times” qəzeti Rusiya ordusunun müharibə halında Yaponiya və Cənubi Koreyada 160 obyekti ehtiva edən hədəf siyahıları hazırladığını bildirib.

Ordu.az xəbər verir ki, dərc edilən xəbərdə qəzetin 2014-cü ilə qədər Rusiya hərbi planlayıcılarının hazırladığı məxfi sənədlərə çıxışı olduğu qeyd edilir.

Hücum planları NATO ilə müharibənin Şərqi Asiyaya yayılacağına dair fərziyyə əsasında zabitlərin hazırlanmasına yönəlib.

Rusiyanın hədəf siyahısındakı ilk 82 yer mərkəzi və regional komandanlıq qərargahları, aviabazalar və dəniz obyektləri kimi hərbi müdafiə obyektləridir.

Bunlar arasında Yaponiyanın ən şimal Hokkaydo prefekturasında yerləşən Okuşiri adasındakı Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin radar bazasının fotoşəkilləri, habelə hədəf bina və obyektlərin dəqiq ölçüləri də yer alır.

Qalanları Yaponiyanın Honsyu və Kyuşu adalarını birləşdirən Kanmon tuneli və Tokionun şimal-şərqindəki İbaraki prefekturasının Tokay kəndindəki nüvə kompleksi kimi mülki infrastruktur sahələridir.

Cənubi Koreyada siyahıya cənub-şərqdəki Pohang şəhərində polad zavodu və Busandakı kimya zavodları kimi sənaye obyektləri daxildir.

İki ölkənin hədəf siyahıları Rusiyanın qanadlı raketlərinin imkanlarını izah etmək məqsədi daşıyan təqdimata daxil edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Yaponiya   Cənubi-Koreya  


Bizi "telegram"da izləyin