Ordu.az xəbər verir ki, müqavilənin dəyəri təqribən 895,5 milyon dollar qiymətləndirilir.
Sözügedən müqavilə şirkətin bu sistemlərin istehsalı ilə bağlı ikinci müqaviləsi olacaq.
“Larsen & Toubro” 2017-ci ildə 100 ədəd K9 “Vajra-T” istehsalı üçün lisenziya alıb və istehsalını 2020-ci ildə planlaşdırılan tarixdən əvvəl başa çatdırıb.
Rəsmilər bu haubitsaların istehsalının 80%-nin Hindistanda həyata keçirildiyini bildiriblər.
“Larsen & Toubro” Cənubi Koreyanın K9 “Thunder” mənşəli K9 “Vajra-T” haubitsalarının ikinci partiyasını yerli tələblərə uyğun şəkildə modifikasiya edərək istehsal edəcək.
Sevinc Əliyeva
Ordu.az