Cənubi Koreya Misirə K9A1 ÖAQ-ları və K11 komanda mərkəzləri üçün komanda və idarəetmə sistemləri verəcək

2025/01/1735892924.jpg
Oxunub: 409     12:47     17 Yanvar 2025    
Cənubi Koreyanın müdafiə şirkəti “Hanwha Systems Co.” Misirə K9A1 özüyeriyən haubitsaları və K11 komanda mərkəzləri üçün komanda və idarəetmə sistemləri verəcək.

Ordu.az xəbər verir ki, Misir və “Hanwha Systems” arasında 2022-ci ildə 51 ədəd K11 bölməsi üçün atəşə nəzarət sistemi və 216 ədəd K9A1 bölməsi üçün atəşə nəzarət sistemi ilə bağlı müqavilə imzalanıb.

Şirkət bu müqavilələrin ümumi dəyərini müvafiq olaraq 30,5 milyard von (təxminən 20,5 milyon dollar) və 44,3 milyard von (təxminən 30,8 milyon dollar) olaraq açıqlayıb.

Müqavilə çərçivəsində “Hanwha Systems” gələn ilin birinci yarısında tədarüklərə başlamağı və tədarük prosesini 2028-ci ilin dekabrına qədər tamamlamağı hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Misir  


Bizi "telegram"da izləyin