Ordu.az xəbər verir ki, istintaq müdafiə sənayesi şirkətlərinin rəhbərlərindən tutmuş orduda hərbi xidmətdə olan generallara qədər genişləndirilib.
Çindəki korrupsiya araşdırmalarında nəzərəçarpacaq irəliləyiş var. Son iki ildə orduda korrupsiya araşdırmaları bu il müdafiə sənayesi və aviasiya şirkətlərini də əhatə edib. Bu sektorlardan 10-dan çox rəhbərə qarşı korrupsiya araşdırmalarına başlanılıb.
Ölkənin kosmik proqramının əsas podratçısı olan Çin Aerokosmik Elm və Texnologiya Şirkəti (CASC) il ərzində 36 əməkdaşının intizam məsuliyyətinə cəlb olunduğunu, onlardan 7-nin isə ədliyyə orqanlarına göndərildiyini bildirib.
Sevinc Əliyeva
Ordu.az