FNSS-in amfibiya vasitələri dünyanın diqqətini çəkir - VİDEO
Oxunub: 572
14:10
10 Yanvar 2025
FNSS müdafiə sənayesində yenilikçi və etibarlı zirehli quru platformaları və amfibiya vasitələri ilə seçilir.
Ordu.az xəbər verir ki, şirkətin ZAHA və “Kunduz” amfibiya vasitələri üstün imkanları ilə müxtəlif orduların ehtiyaclarını qarşılayır.
Zirehli vasitə istehsalçısı FNSS xüsusi hazırlanmış, effektiv, etibarlı və yenilikçi tırtıllı və təkərli zirehli quru vasitələri ilə yanaşı, amfibiya vasitələri ilə bir çox ehtiyacı qarşılayır.
FNSS-in bir çox mühitlərdə bacarıqlarını sübut edən ZAHA və “Kunduz” amfibiya vasitələri müxtəlif ölkələrdən bir çox ordunun diqqətini çəkir.
Həm hərbi quru platformasının, həm də hərbi dəniz vasitəsinin sahib olması lazım olan bütün xüsusiyyətlərə və imkanlara malik olan ZAHA çətin dəniz şəraitində batsa belə, dənizdə özünü doğrultmaq qabiliyyətinə malikdir.