“Meteksan Savunma” radioelektron hücum həlləri ilə seçilir - VİDEO

2025/01/1735891819.jpg
Oxunub: 514     12:48     10 Yanvar 2025    
“Meteksan Savunma” son zamanlar dünya müharibə sahələrinin ən mühüm elementlərindən birinə çevrilən radioelektron hücum sahəsində innovativ həllər hazırlayır.

Ordu.az xəbər verir ki, Portativ Radioelektron Hücum Sistemi “Mert” və Kürək Tipli Taktiki Sahə Radioelektron Hücum Sistemi “Merter” məhsulları ilə “Meteksan Savunma” bu sahədə bacarıqlarını sübut edən şirkətlər sırasındadır.

Hədəf elementlərinin uzaq məsafələrdən əlaqə saxlamasına mane ola bilən Portativ Radioelektron Hücum Sistemi “Mert” dost elementlərin tezlik qorumasını təmin edir.

Dirək üzərində sabit konfiqurasiyada asanlıqla quraşdırıla bildiyi kimi, onu avtomobilə inteqrasiya edərək, mobil olaraq da istifadə etmək olar.

“Mert” həvəskar radio diapazonları, qabaqcıl texnoloji tezlik atlamalı hərbi radiolar, naviqasiya sistemləri, mobil şəbəkələr və dron idarəetmə diapazonları kimi təhdidlərə qarşı uğurlu performans nümayiş etdirir.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meteksan-Savunma   Türkiyə  


Bizi "telegram"da izləyin