Ordu.az xəbər verir ki, bunu Türkiyənin “Otokar” şirkətinin Baş direktoru İbrahim Aykut Özüner deyib.
“Gələn il ən vacib məsələ Rumıniyadakı işimizdir. Biz bir il ərzində burada 278 vasitə (Cobra II) istehsal edib göndərəcəyik”, - deyə o qeyd edib.
Özüner “Otokar” tərəfindən Rumıniyanın ehtiyacları üçün imzalanan təxminən 1 milyard dollar dəyərində Türkiyənin ən böyük quru platforması ixrac müqaviləsi ilə bağlı bildirib:
“Bu, 1059 vasitədən (Cobra II) ibarət fərqli bir tenderdir. İlk 278 vasitəni burada istehsal edib göndərəcəyimiz, sonra isə orada yerli istehsal fəaliyyətlərini tapacağımız bir layihədir. Xüsusilə son illərdə hər bir ölkə bu qədər böyük satınalmalar edərkən, ölkəsinə mümkün qədər çox texnologiya transfer etmək istəyir. Arzu edilir ki, bir hissə əsas istehsal müəssisəsində, digər hissəsi isə yerli olaraq istehsal olunsun”.
Özüner “Otokar”ın rəqibləri arasında seçilərək, bu tenderi qazanmağı bacardığını vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az