“Embraer” adı açıqlanmayan ölkəyə nəqliyyat təyyarələri tədarük edəcək

2025/01/1735888830.jpg
Oxunub: 739     17:41     11 Yanvar 2025    
Braziliyada yerləşən “Embraer” şirkəti açıqlanmayan bir ölkəyə 2 ədəd C-390 “Millennium” nəqliyyat təyyarəsinin satışı üçün müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, “Embraer” şirkəti bu yaxınlarda Avropada fəaliyyətini inkişaf etdirmək üçün yaradılmış yeni törəmə şirkətinin adını “Embraer Defense Europe” olaraq elan edib.

Şirkət bu gedişlə A-29 “Super Tucano” yüngül hücum təyyarəsi və C-390 “Millenium” nəqliyyat təyyarələri başda olmaqla inkişaf etdirdiyi sistemlərlə Avropa qitəsində fəaliyyətini davam etdirməyi hədəfləyib.

“Embraer”in verdiyi açıqlamada deyilir ki, adı açıqlanmayan bir ölkəyə 2 ədəd C-390 “Millenium” nəqliyyat təyyarəsi tədarük ediləcək.

Müqaviləyə hərtərəfli təlim və dəstək paketi ilə yanaşı ehtiyat hissələrinin tədarükü daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Braziliya   Embraer  


Bizi "telegram"da izləyin