Filippinin “Embraer” istehsalı olan A-29 “Super Tucano” təyyarələri alacağı iddia edilir

2025/01/633s6-1735888417.jpg
Oxunub: 389     13:10     08 Yanvar 2025    
Asiya-Sakit okean ölkələrindən olan Filippinin əlavə olaraq “Embraer” istehsalı olan A-29 “Super Tucano” təyyarələri alacağı iddia edilib.

Ordu.az xəbər verir ki, bu barədə “Sa Defensa” tərəfindən edilən paylaşımda bildirilib.

Paylaşıma görə, sözügedən satınalma planı ilə Filippin mövcud parka əlavə olaraq daha 6 ədəd A-29 “Super Tucano” təyyarəsi almaq istəyir.

Filippin əvvəlcə Filippin Hərbi Hava Qüvvələrinin (HHQ) inventarında olan köhnə OV-10 “Bronco” təyyarələrini əvəz etmək üçün 6 ədəd “Super Tucano” təyyarəsi almağı planlaşdırırdı.

Bu kontekstdə 2017-ci ilin sonlarında Filippinin müdafiə naziri Delfin Lorenzana AFP Modernləşdirmə Proqramı çərçivəsində 6 ədəd “Embraer Super Tucano”nun alınması üçün müqavilə imzalayıb.

Filippin HHQ COVID-19 epidemiyası zamanı “Embraer”dən A-29 “Super Tucano” təyyarələrini təhvil alıb. 2020-ci ildə Filippin HHQ-yə 6 ədəd A-29 “Super Tucano” yüngül hücum və təlim təyyarəsi təhvil verilib. Təyyarələr hazırda Filippin HHQ-nin 15-ci Hücum Qanadında xidmətdədir.

Filippin Xəbər Agentliyinin 2020-ci ildə verdiyi xəbərdə Filippinin “Embraer”dən əlavə 6 ədəd A-29B “Super Tucano” təyyarəsi almaq istədiyi bildirilib. Xəbərdən sonra A-29B “Super Tucano”nun satın alınması ilə bağlı indiyədək heç bir inkişaf olmayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Filippin   Embraer  


Bizi "telegram"da izləyin