ABŞ ordusu “BAE Systems” ilə 155 mm-lik hava və raketdən müdafiə sistemi üçün razılığa gələcək

2025/01/1735884925.jpg
Oxunub: 607     17:36     10 Yanvar 2025    
ABŞ ordusu “BAE Systems” şirkəti ilə hipersəs sursatı ilə təchiz edilən 155 mm-lik hava və raketdən müdafiə sistemi üçün müqavilə imzalayacaq.

Ordu.az xəbər verir ki, ABŞ ordusunun Sürətli İmkanlar və Kritik Texnologiyalar Ofisi (RCCTO) hava hücumundan müdafiə də daxil olmaqla, ümumi məqsədlər üçün 155 mm-lik özüyeriyən silah prototipinin hazırlanması ilə bağlı “BAE Systems” ilə xüsusi müqavilə imzalayacağını açıqlayıb.

Bu kontekstdə “Multi-Domain Artilleriy Cannon” (MDAC) adlanan sistem pilotsuz uçuş aparatları və qanadlı raketlər də daxil olmaqla, artan müasir hava təhdidlərinə qarşı müqavimət göstərməyi hədəfləyir.

MDAC layihəsi orijinal olaraq ABŞ Hərbi Dəniz Qüvvələrinin ləğv edilən elektromaqnit relsli top proqramı üçün hazırlanan və 2028-ci ildə əməliyyat nümayişi planlaşdırılan hipersəs sursatından istifadə edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   BAESystems  


Bizi "telegram"da izləyin