ABŞ ordusu Arktika bölgəsi üçün onlarla “Beowulf” zirehli vasitəsi sifariş edib

2025/01/1735884593.jpg
Oxunub: 482     13:49     07 Yanvar 2025    
“BAE Systems” şirkəti ABŞ ordusu üçün 44 ədəd “Beowulf” Zirehli Soyuq Hava Ərazi Vsitəsi (CATV) istehsalı ilə bağlı 68 milyon dollarlıq müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, müqavilə 2022-ci ildə Arktikada və oxşar şərtlərlə digər mühitlərdə manevr edə bilən müasir quru əsaslı park istehsal etmək üçün şirkətə verilən yeddi illik proqramın bir hissəsi kimi həyata keçiriləcək.

“BAE Systems” 2021-ci ildə ordunun CATV təşəbbüsünə qoşulub və şirkətin qabaqcıl “Beowulf” modelinin prototipi növbəti il ilkin sınaq mərhələsini tamamlayıb.

ABŞ ilə yanaşı, BƏƏ də CATV-nin Avropa ölkələrinə çatdırılması üçün başqa bir proqram həyata keçirir.

Qeyd edək ki, “Beowulf” “BAE Systems”in “Bandvagn Skyddad 10” və ya “BvS10” tırtıllı vasitə ailəsinin bir hissəsi olan zirehsiz sistemdir. Uzunluğu 8 metrdir, 10-dan çox sərnişin və ya təxminən 8000 kiloqram yük daşıya bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Arktika  


Bizi "telegram"da izləyin