Vyetnam “BrahMos” raketlərini satın almağa hazırlaşır

2025/01/1735882037.jpg
Oxunub: 454     17:11     08 Yanvar 2025    
Hindistan və Vyetnam “BrahMos” supersəs raket sistemlərinin alınması üçün 700 milyon dollarlıq əsas müqaviləni yekunlaşdırmaq üzrə olduqlarını açıqlayıblar.

Ordu.az xəbər verir ki, danışıqlar son mərhələyə çatıb və müqavilənin yaxın aylarda imzalanması gözlənilir.

Bildirilib ki, Vyetnam Müdafiə Nazirliyi sazişin texniki və kommersiya parametrlərini nəzərdən keçirib və təsdiqləyib.

Müqavilə həm Vyetnam ordusu, həm də Hərbi Dəniz Qüvvələri üçün “BrahMos” raketlərinin tədarükünü ehtiva edir və Vyetnamın müdafiə qabiliyyətini daha da gücləndirir.

Razılaşma tamamlanarsa, Vyetnam Filippindən sonra “BrahMos” sisteminə sahib olan ikinci Cənub-Şərqi Asiya ölkəsi olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vyetnam   BrahMos  


Bizi "telegram"da izləyin