Las-Veqasdakı “Cybertruck” partlayışı potensial terror aktı kimi təhqiq ediləcək

2025/01/1735794659.jpg
Oxunub: 1478     01:19     02 Yanvar 2025    
Hüquq-mühafizə orqanları ABŞ-nin Las-Veqas şəhərində (Nevada ştatı) 64 mərtəbəli “Trump International Hotel”in yanında “Tesla Cybertruck” elektromobilinin partlaması halını araşdırarkən, baş vermiş hadisəni potensial terror aktı kimi təhqiq edəcəklər.

Ordu.az xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Telekanala görə, müstəntiqlər partlayışın səbəbini hələ müəyyən edə bilməsələr də, maşında pirotexnikanın olduğunu təsbit ediblər.

Nəqliyyat vasitəsində bir nəfərin – sürücünün öldüyü məlumdur. Hüquq-mühafizə orqanları partlayışın onun törədib-törətmədiyini müəyyən etməyə çalışırlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Las-Veqas   Cybertruck  


Bizi "telegram"da izləyin