ABŞ və Böyük Britaniya husilərin obyektlərinə zərbələr endirib

2024/03/1709873268.jpg
Oxunub: 569     05:55     31 Dekabr 2024    
Amerika Birləşmiş Ştatları (ABŞ) və Böyük Britaniya "Ənsar Allah" hərəkatından olan husi üsyançılarının obyektlərinə zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə üsyançıların nəzarətində olan “Al Masirah” telekanalı məlumat yayıb.

Məlumata görə, iki zərbə husilərin Əl-Xodeyda əyalətinin Ət-Tuheyta rayonundakı obyektlərinə endirilib.

Təfərrüatlar açıqlanmır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Britaniya  


Bizi "telegram"da izləyin