KİV: Paytaxt Dəməşqdə Suriyanın gələcəyinə dair konfrans keçiriləcək

2024/12/1735621043.jpg
Oxunub: 726     01:44     31 Dekabr 2024    
4-5 yanvar tarixində paytaxt Dəməşqdə Suriyanın gələcəyini müzakirə etmək üçün milli konfransın keçirilməsi planlaşdırılır.

Ordu.az xəbər verir ki, bu barədə T24 portalı Suriya mənbələrinə istinadən məlumat yayıb.

Konfransda cəmiyyətin bütün təbəqələrini, eləcə də dini və etnik qrupları təmsil edəcək 1200 nəfər iştirak edəcək.

İddialara görə, konfransda “Heyət Təhrir əş-Şam” qruplaşmasının, eləcə də yeni Suriya ordusunun tərkibinə daxil olacaq digər silahlı qruplaşmaların ləğv edilməsinin elan edilməsi planlaşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dəməşq   Suriya  


Bizi "telegram"da izləyin