Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar

2024/12/6772b-1735573818.jpg
Oxunub: 636     19:49     30 Dekabr 2024    
Ukrayna ilə Rusiya arasında növbəti dəfə əsir mübadiləsi olub. Tərəflər 150-nin 150-ə düsturu əsasında əsir mübadiləsi aparıblar.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Dekabrın 30-da danışıqlar prosesi nəticəsində 150 ​​rusiyalı hərbi qulluqçu geri qaytarılıb, onlara lazımi psixoloji və tibbi yardım göstərilib, həmçinin qohumları ilə əlaqə saxlamaq imkanı verilir", - nazirlikdən bildirilib.

Həmçinin qeyd edilib ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Rusiya hərbçilərinin əsirlikdən qayıtması üçün humanitar vasitəçilik səyləri göstərib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin