Zelenski: "Gələn il sülhə nail olmaq üçün çalışmağa davam etməliyik"

2024/12/1734879528.jpg
Oxunub: 548     19:28     30 Dekabr 2024    
Ukrayna Prezidenti Volodimir Zelenski 2025-ci ildə sülhün əldə oluna biləcəyinə inanır.

Ordu.az xəbər verir ki, o, bu barədə “X”də yazıb.

“2025-ci ildə ümumi məqsədimizə - sülhə nail olmaq üçün çalışmağa davam etməliyik. Gündəlik amansız hücumlardan qorunan Ukrayna strateji dostlarına arxalanır”, - Zelenski qeyd edib.

O, bildirib ki, Ukrayna indiki məqamda ABŞ-nin dəstəyini yüksək qiymətləndirir: “Təxminən 2,5 milyard dollarlıq təhlükəsizlik yardımı cəbhədə müdafiəni gücləndirəcək mühüm addımdır. Bu dəstək Rusiyanın hücumlarını gücləndirdiyi, Şimali Koreya hərbçilərinin döyüşlərə cəlb olunduğu, KXDR və İrandan silah alındığı vaxtda göstərilir”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin