Marsda və Ayda insan həyatı üçün kapsul evləri dizayn edilir

2024/12/1735460681.jpg
Oxunub: 410     11:33     10 Yanvar 2025    
Bir çox fərqli ölkələrdə kosmosda davamlı yaşayış sahələri yaratmaq üçün yeni dizaynlar hazırlanır.

Ordu.az xəbər verir ki, bunlardan biri Mars və Ayın torpaq və relyef baxımından oxşar olduğu bir nöqtədə qurulan, Hindistanda yerləşən bir şirkət tərəfindən həyata keçirilən layihədir.

Hindistan, həmçinin ilk astronavtı kosmosa göndərməyə hazırlaşır.

Kosmik tədqiqatlar Marsda və Ayda həyatın qurulması hədəfləri ilə yeni dövrə qədəm qoyur. Bəşəriyyət təkcə planetimizdə deyil, həm də kosmosdakı digər dünyalarda davamlı yaşayış sahələri yaratmağı hədəfləyir.

Bu istiqamətdə bir çox ölkə və şirkət kosmosda həyatı mümkün edəcək dizaynlara diqqət yetirməyə başlayıb. Xüsusilə Mars və Ay bəşəriyyətin ilk daimi məskunlaşmaları üçün diqqət çəkən hədəflər sırasındadır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mars   Ay  


Bizi "telegram"da izləyin