Dünya ölkələri Rusiyaya etibar etmir – Mülki uçuşlara qarşı təxribat Moskvaya nə “qazandıracaq”?

2024/12/1735384586.jpg
Oxunub: 588     16:28     28 Dekabr 2024    
İsrailin “El Al” milli aviaşirkəti “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysinin qəzaya uğramasından sonra Rusiyaya uçuşları bir həftə müddətinə dayandırdı.

İsrail televiziyası vəziyyətin yeni qiymətləndirməsinin gələn bu gün üçün aparılacağını, bundan sonra uçuşların bərpası ilə bağlı qərarın veriləcəyini bildirdi. İsrailin bu reaksiyası xüsusilə Rusiyanın hava hücumundan müdafiə əməliyyatı nəticəsində Azərbaycanın mülki təyyarəsinə hücum fonunda kifayət qədər önəmlidir.

Yayılan məlumatlara görə, təyyarə raketin yaxınlıqda partlaması nəticəsində zədələnib, daha sonra Rusiya hava limanlarında enişinə icazə verilmədiyi üçün zədələnmiş vəziyyətdə Aktaya uçub. Bu məlumatlar artıq bir neçə mənbədən, o cümlədən şahidlər tərəfindən təsdiqlənib, deputat və nazir səviyyəsində açıqlamalar verilib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə həyasızcasına bildirib ki, istintaqın yekunu olana qədər heç bir “hipotez” yaymağa ehtiyac yoxdur.

Mövzudan Putinin Avrasiya İqtisadi Birliyi sammitindən sonra Sankt-Peterburqda keçirdiyi brifinqdə də yan keçməsi diqqət çəkir. Mövzu ilə bağlı hər hansı bir sual və cavab olmayıb. Bu fonda İsrailin milli aviadaşıyıcısının qərarı həqiqətən əlamətdardır. Burada aşağıdakı hal var. İsrailin milli aviaşirkəti Moskvaya uçuşlar həyata keçirir.

Ola bilsin şübhə yoxdur ki, uçuşlarla bağlı qərar aviaşirkət tərəfindən deyil, bəlkə də siyasi rəhbərlik tərəfindən və ya ən azından siyasi rəhbərliklə razılaşdırılaraq qəbul edilib, çünki belə vəziyyətlərdə bu cür qərarlar açıq şəkildə siyasi kontekstdə olur.

Faktiki olaraq İsrail bu qərarla Moskvaya belə uçuşun təhlükəsiz olmadığına eyham vurulur. Çünki növbəti gün Dubay-Moskva reysini həyata keçirən təyyarə də Bakıya enərək uçuşunu yarımçıq saxladı, ardınca isə “Fly Dubai” Rusiyaya reysləri dayandırdı. İsrail və BƏƏ-nin Azərbaycanla dərin əməkdaşlıq fonunda bu addımı atması diqqətəlayiqdir, habelə onların simasında digər ölkələr də artıq Rusiyaya etibar edə bilməzlər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Azərbaycan   Təyyarə   Qəza  


Bizi "telegram"da izləyin