Qırğızıstan Prezidentinin mətbuat katibi: "Vətəndaşımızın gətirilməsi üçün təyyarə hazırdır"

2024/12/1735142342.jpg
Oxunub: 408     14:34     28 Dekabr 2024    
Qazaxıstanın Aktau şəhərində təyyarə qəzasında xəsarət alan Qırğızıstan vətəndaşı Rinat Asanovun daşınması üçün təyyarə hazırdır.

Ordu.az Qırğızıstan KİV-lərinə istinadən xəbər verir ki, bunu Qırğızıstan Prezidentinin mətbuat katibi Askat Alaqozov bildirib.

O vurğulayıb ki, R.Asanovun hazırkı vəziyyəti ağır olaraq qalır və daşınma onun üçün təhlükəli ola bilər: “Həkimlər icazə verən kimi o, vətəninə aparılacaq. Buna görə də hazırda o, yerli xəstəxanada tibbi yardım alır və müalicə olunur”.

Qırğızıstanın digər iki vətəndaşının vəziyyəti qənaətbəxş qiymətləndirilir və onların xəstəxanadan bazar ertəsi buraxılması planlaşdırılır. Bu barədə səhiyyə naziri Alımkadır Beyşenaliyev ölkə Prezidenti Sadır Japarova təyyarə qəzasında xəsarət alanlara xüsusi diqqət göstərilməsi ilə bağlı tapşırığının icrası barədə məruzəsində bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qırğızıstan   Aktau   Qəza  


Bizi "telegram"da izləyin