Ordu.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri Çad ordusuna təlim dəstəyi verəcək.
Afrika ölkələri tarixi müstəmləkəçiliyin təsirlərindən qurtularaq, müstəqillik yolunda mühüm addımlar atır.
Xüsusilə Fransanın Afrikadakı təsiri getdikcə azalır.
Mali, Niger və Burkina-Fasodan çəkilməyə məcbur olan Fransa son olaraq Seneqalın ölkədəki Fransa hərbi bazasını bağlamaq qərarı və Çadın hərbi əməkdaşlığı dayandırması ilə bölgədəki strateji tərəfdaşlarını bir-bir itirir.
Fransa və Çad arasında əməkdaşlıq müqaviləsi başa çatdıqdan sonra Paris hökuməti Çaddakı “Faya” hərbi bazasını boşaldıb.
Fransa Çadda yerləşən hərbi qulluqçularını təxliyə etməyə davam edərkən, 1000 Fransa hərbi qulluqçusunun çıxarılması prosesi yanvarın 31-də tamamlanacaq.
Hazırda Fransanın Afrikada Cibuti, Çad, Qabon, Fil Dişi Sahili və Seneqalda daimi hərbi bazaları var.
Sevinc Əliyeva
Ordu.az