DTX Akademiyasının rəisi: Vəkillərin peşəkarlığının artması hüquq-mühafizə orqanlarının peşəkarlığının yüksəlməsi deməkdir

2024/12/kamal-1735371877.jpg
Oxunub: 653     11:38     28 Dekabr 2024    
Vəkillərin peşəkarlığının yüksəlməsi hüquq-mühafizə orqanlarının peşəkarlığının yüksəlməsi deməkdir.

Ordu.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının rəisi, polkovnik Elşad Nəsirov 28 dekabr - Vəkil Günü münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, 25 il Bakı Dövlət Universitetində hüquqşünasların formalaşmasında rolu olub:

"Vəkilləri peşə bayramı münasibəti ilə təbrik edirəm. Vəkillərin peşəkarlığının yüksəlməsi hüquq-mühafizə orqanlarının peşəkarlığının yüksəlməsi deməkdir. Vəkillik institutu öz inkişaf dövrünü yaşayır. Azərbaycanda hüquqşünas kadrların hazırlanmasında təhsil müəssisələri çox deyil. Bu il bizim Akademiyaya qəbul olan hüquqşünaslar 600-dən çox bal toplayıblar.

Vəkillər Kollegiyasının Akademiyasının yaradılması sevindirici haldır. Sürətli inkişaf hər bir sahədə olduğu kimi bu sahədə də zəruridir. Bu gün diplom alan peşəkar hüquqşünas öz üzərində işləmirsə, beş ildən sonra həmin göstəricilərə sahib olmur".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DTX   Vəkil  


Bizi "telegram"da izləyin