Rusiya PUA-ların istehsalını artırır

2024/12/1735370799.jpg
Oxunub: 414     12:41     28 Dekabr 2024    
Rusiya Tatarıstanın “Alabuqa” Xüsusi İqtisadi Zonasında yerləşən “Yelabuqa” Pilotsuz Uçuş Aparatı (PUA) zavodunda “Şahed-136” PUA-larının və aşağı qiymətli “decoy” PUA-larının istehsalını əhəmiyyətli dərəcədə artırıb.

Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Ukrayna sərhədindən 1300 kilometr aralıda yerləşən bu obyekt Moskvanın PUA istehsalı strategiyasında mühüm rol oynayır.

2023-cü ildə zavod Rusiyada 2738 ədəd “Geran” adı verilən “Şahed-136” tipli PUA istehsal edib. 2024-cü ilin ilk doqquz ayında istehsal iki dəfədən çox artaraq, 5760 ədədə çatıb.

Müəssisə, həmçinin həqiqi “Şahed”lərin radar izini təqlid edən, lakin kontrplak və köpük plastikdən hazırlanan “Gerbera” saxta PUA-larının kütləvi istehsalına başlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   PUA  


Bizi "telegram"da izləyin