Ordu.az xəbər verir ki, “Baykar”ın bu hərəkəti Yunanıstanın “Flight.com” və “Sofokleousin” saytlarında şirkətin ilk böyük beynəlxalq investisiyası olaraq diqqət çəkib.
Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Global Defense Insight” “Baykar”ın dünya pilotsuz uçuş aparatı bazarının 65 faizinə sahib olduğuna diqqət çəkib və qlobal miqyasda böyüməyə davam etdiyini bildirib.
“Reuters” və “Bloomberg” kimi Qərb ölkələrinin böyük xəbər agentlikləri də “Baykar”ın uğurlarına diqqət çəkərkən, “Bloomberg” “Baykar”ın Türkiyənin ən böyük ixracatçılarından biri olduğunu vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az