“Kaan” döyüş təyyarəsinin Səudiyyə Ərəbistanına mümkün ixracı Yunanıstan mətbuatında geniş işıqlandırılıb

2024/12/1735369277.jpg
Oxunub: 402     15:00     28 Dekabr 2024    
“Kaan” döyüş təyyarəsinin Səudiyyə Ərəbistanına mümkün ixracı Yunanıstan mətbuatında da geniş işıqlandırılıb.

Ordu.az xəbər verir ki, məzmunda Yunanıstanın müdafiə sahəsində qeyri-kafi olması tənqid edilib.

Türkiyənin müdafiə sənayesindəki sürətli irəliləyişlərə diqqət çəkən Yunanıstan mətbuatı Yunanıstan hökumətini müdafiə sənayesi sektorunu canlandırmaq üçün kifayət qədər addımlar atmamaqda ittiham edib.

“Militaire” nəşri bildirib ki, Türkiyə döyüş təyyarəsi dizaynı və istehsalı ilə bağlı niyyətlərini açıqlamağa başlayanda, bunun uğurlu olub-olmayacağı ilə bağlı ciddi şübhələr yaranmışdı.

“Xüsusilə Yunanıstanda illərdir Türkiyənin dağılacağını və təcrid olunacağını proqnozlaşdıran bəzi analitiklər gülürdülər. Lakin Türkiyə nəinki “Kaan” döyüş təyyarəsi istehsal proqramını inkişaf etdirib, hətta Səudiyyə Ərəbistanına 100 belə təyyarə satmaq üçün danışıqlara başlayıb”, - deyə nəşr qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kaan   Səudiyyə-Ərəbistanı  


Bizi "telegram"da izləyin